Azərbaycan Prokurorluğunun yaranmasının 106-cı ildönümü qeyd olunub
Tarix: 01-10-2024 | Saat: 15:29
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan Prokurorluğunun yaranmasının 106 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə plenar iclas keçirilib.
aia.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən iclasda Bakıda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv ölkələrin Baş prokurorları və nümayəndə heyətləri də iştirak edib.
İclasda Azərbaycan prokurorluq orqanlarının keçdiyi yolla bağlı video-çarx nümayiş etdirilib.
Baş prokuror Kamran Əliyev tədbirdə çıxış edərək bildirib ki, oktyabrın 1-də ölkədə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən prokurorluq orqanlarının təsis edilməsinin ildönümünü qeyd olunur:
" Həmin vaxtdan etibarən 1 əsrdən də daha çox müddətdə prokurorluqda, xüsusən də sovet dövründən sonra və 1990-cı illərin ortalarında ölkənin hüquq sistemini beynəlxalq standartlara uyğun istiqamətləndirən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında mühüm islahatlar aparılıb".
Baş prokuror qeyd edib ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaranan problemlərin həlli və qabaqcıl müasir təcrübələrin birləşdirilməsi istiqamətində islahatların yeni mərhələsinə başlanılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024