Mobil versiya
"Hərbi cinayətlər azalıb" - Xanlar Vəliyev
Tarix: 01-10-2024 | Saat: 10:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Hərbi cinayətlər azalıb" -

"2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 %, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 %, qeyri-hərbi cinayətlər isə 23,4 % azalmışdır".

aia.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində deyib.

"Eyni zamanda, Özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 %; Fərarilik cinayətləri 93,3%; Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%; Hərbi xidmətdən yayınma cinayətləri 34%; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%; Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%; Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%;

Xuliqanlıq cinayətləri 75%; Rüşvət alma (passiv rüşvətxorluq) və Rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalmışdır", - deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024