Mobil versiya
Biz Qərbi Azərbaycana qayıdacağıq
Tarix: 01-10-2024 | Saat: 12:06
Bölmə:Siyasət | çapa göndər

Biz Qərbi Azərbaycana qayıdacağıq

Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin müstəsna xidmətləri olub. Fitri söz qoşması, iti hafizəsi, ustadlığı bu gün də dillər əzbəridir. Aşıq Ələsgər ümumən türk dünyasında böyük yaradıcılardan biridir. Məlum olduğu kimi milli dəyərlər böyük bir tarixi yoldur. Bu yol milli yaddaşdan başlanır. Milli dəyər yoxdursa, millətin yaşaması sual altına düşür. Millətin mənəvi dünyası zəngin olanda onu məhv etmək mümkün olmur. Aşıq Ələsgərin haqq dünyasından qopub gəldiyinə aid əsərlərində işarələrə rast gəlinir. Ələsgərin qəribəliyi və böyüklüyü ondadır ki, məhz həqiqətdən dərs aldığını ömrü, halı, yaradıcılığı ilə sübut edə bildi. Bu mənada o, başdan-ayağa sirdir. Onun adı daim iftixarla çəkilməyə layiqdir. Aşıq Ələsgər aşıq sənətinin incəliklərinə dərindən bələd idi. Bu səbəbdən də o, özündən sonra sözün əsl mənasında məktəb qoyub gedə bildi.. Ələsgərin adı gələndə hər birimizin ona istər-istəməz sayğısı yaranır. Ələsgərin meydana çıxması təsadüfi hadisə deyildi. O, haqq aşığı ənənəsinin qeyri-adi, bənzərsiz ifadəçilərindən biri idi. Onun yaradıcılığı bu gün də diqqətlə öyrənilir. Yubileyləri dövlət səviyyəsində qeyd edilir. 200 illik yubileyi ilə bağlı cənab Prezidentin sərəncamları bunu sübut edir. Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi və Prezidentin çıxışı milli dəyərlərə diqqətlə yanaşı Qərbi azərbaycanlılara yurda qayıdışa bir ümid, inam idi. “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır “.

Nikbinlik hissləri, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur. Bu Qərbi Azərbaycanda da belə olacaq, biz tarixi yurdumuza dönəcəyik.
David İbramxəlilov, YAP Qusar rayon təşkilatının sədri.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024