Mobil versiya
Novruzəli Aslanov: “Xalq öz dövlətinə, dövlət isə xalqa arxalandı”
Tarix: 24-09-2024 | Saat: 17:33
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Xalq öz dövlətinə, dövlət isə xalqa arxalandı”

“Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabrın 23-də keçirilmiş yeddinci çağırış Milli Məclisin ilk iclasında etdiyi çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın öz suverenliyini tam bərpa etməsi zəminində yaranmış yeni geosiyasi reallıqlar fonunda ölkənin qarşısında duran növbəti mühüm vəzifələri və bu vəzifələrin icrası məqsədilə atılması zəruri olan addımları müəyyənləşdirən proqram konsepsiyası xarakterini daşıyır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycanın yeni formalaşmış Ali qanunverici orqanı özü-özlüyündə artıq bu reallıqların bir təzahürü kimi qiymətləndirilməlidir. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə məhz VII çağırış Milli Məclis artıq ölkənin istisnasız bütün ərazilərində keçirilmiş parlament seçkiləri nəticəsində formalaşmışdır. Öz çıxışında bu məqama xüsusi toxunan dövlətimizin başçısı bildirdi ki, bu il prezident və parlament seçkilərinin müstəqil respublikamızın tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilməsi tarixi hadisədir. İkinci Qarabağ müharibəsinin nəticələrini və suverenliyimizin tam bərpa edilməsini isə cənab Prezident dünya miqyasında tarixi hadisə kimi qiymətləndirdi. Həqiqətən də bir ölkənin 30 il davam edən işğala son qoyması, həm də bunun üçün tək bir işğalçı ölkə ilə deyil, eyni zamanda onun arxasında duran və dünyanın ən güclü dövlətləri hesab edilən digər ölkələrlə qarşıdurmadan qalib çıxması dünya təcrübəsində indiyədək rast gəlinməmiş bir hadisədir. Lakin Azərbaycan bunu bacardı. Azərbaycan xalqı ilk növbədə öz Prezidentinin qətiyyətinə və siyasi iradəsinə, öz ordusunun gücünə və əzminə inandı. Bu inam cəmiyyətimizdə indiyədək müşahidə olunmamış güclü birliyi formalaşdırdı. Xalq öz dövlətinə, dövlət isə xalqa arxalandı və nəticə olaraq bütün dünya Azərbaycanın gücünü və əyilməz ruhunu gördü.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Prezident İlham Əliyevin hərbi sənaye kompleksinin inkişaf etdirilməsinin zəruriliyi barədə ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Cənab Prezident öz çıxışında ölkənin hərbi qüdrətinin artırılmasını qarşıda duran ən mühüm vəzifələrdən biri kimi qeyd etdi. Təbii ki, bu baxımdan hərbi sənaye kompleksinin inkişaf etdirilməsi son dərəcə vacib məsələdir. Həm də bu məsələnin həlli bir çox istiqamətlərdə önəmli hədəflərə çatmaq üçün güclü zəmin yaradacaq. Bir tərəfdən hərbi sənaye kompleksinin inkişafı ölkənin xarici silah təchizatçılarından asılılığını minimuma endirəcək. İkinci bir tərəfdən isə inkişaf etmiş hərbi sənaye kompleksi müasir istehsal sahələri deməkdir. Bu isə ölkənin iqtisadi inkişafına mühüm töhfə olacaq. Eyni zamanda müasir texnologiyalara sahiblənməklə Azərbaycan həm də özü silah ixracatçısı kimi çıxış etmək imkanı əldə edəcək. Cənab Prezident İlham əliyevin dediyi kimi, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Məhz bütün bunlara görə hərbi sənaye kompleksinin inkişaf etdirilməsi növbəti illər üçün əsas vəzifələrdən biri kimi müəyyən edilib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024