Mobil versiya
Qarabağ Universitetinin bu fakültələri Şuşa və Xocalıya köçürüləcək
Tarix: 24-09-2024 | Saat: 15:53
Bölmə:Təhsil / Manşet | çapa göndər

Qarabağ Universitetinin bu fakültələri Şuşa və Xocalıya köçürüləcək

“Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya köçürüləcək”.

aia.az xəbər verir ki, bu sözləri Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır: “1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmlərdir. Universitetimi qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq”.

Rektor universitetin aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024