Mobil versiya
Martinikada yaşayışın baha olmasına etirazlar... Fransa əsgər göndərdi
Tarix: 23-09-2024 | Saat: 17:58
Bölmə:Özəl | çapa göndər

Martinikada yaşayışın baha olmasına etirazlar... Fransa əsgər göndərdi

Fransa hökuməti Karib dənizindəki müstəmləkəsi olan Martinikaya xüsusi təhlükəsizlik qüvvələrini göndərib, burada insanların yaşayış bahalığına qarşı etirazları davam edir.Milli mətbuatda yer alan xəbərlərə görə, Fransa Milli Polisinə bağlı Respublika Təhlükəsizlik Qoşunları (CRS) dünən Martinikanın paytaxtı Fort-de-Fransa çatıb.Sentyabrın əvvəlindən adada yaşayışın baha olmasına qarşı keçirilən nümayişlərdə 30-dan çox adam saxlanılıb.

Qubernatorun toplantılara qadağa qoymasına baxmayaraq, yaşayış bahalığına qarşı dinc nümayişlər həftə sonu davam etdi.

Ərzaq qiymətlərinin Fransa materikindən 40 faiz yüksək olduğu Martinikada Qubernatorluq Fort-de-France, Le Lamentin, Ducos və Le Robert şəhərlərində ictimai yerlərdə nümayişlər və toplantılar keçirməyi qadağan etdi.

Bundan başqa, gecə saatlarında Fort-de-France və Lamentin şəhərlərinin bəzi məhəllələrində komendant saatı tətbiq edilib.

1959-cu ildə Martinikdəki etirazlar zamanı qeyri-mütənasib güc tətbiq edərək bəzi nümayişçilərin ölümünə səbəb olmaqda günahlandırılan Respublika Təhlükəsizlik Birliklərinin o vaxtdan adaya girişi qadağan edilib.

Adada insanlar sentyabrın əvvəlindən yaşayış bahalığına etiraz edirlər. Karib dənizində, Fransa materikindən təqribən 7 min kilometr uzaqlıqda yerləşən Fransız koloniyası Martinikanın 350 min əhalisi var.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024