Mobil versiya
“Qarabağ”ın İngiltərəyə səfər planı məlum oldu
Tarix: 23-09-2024 | Saat: 16:47
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ın İngiltərəyə səfər planı məlum oldu

“Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Tottenhem”lə oyun üçün İngiltərəyə səfər planı bəlli olub.

Klubdan aia.az-a verilən məlumata görə, Ağdam təmsilçisi Londona sentyabrın 24-də çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.

“Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviç zədə səbəbindən matçda iştirak edə bilməyəcək.

Azərbaycan çempionu oyundan dərhal sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024