Mobil versiya
Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi
Tarix: 23-09-2024 | Saat: 16:16
Bölmə:Özəl | çapa göndər

Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizdən səsləndiridyi çağırışların hər biri tarixi Zəfərimizə gedən yolun təhlili olmaqla yanaşı, bu Qələbəni, eyni zamanda, bir günlük  antiterror tədbirlərini şərtləndirən amillərin təqdimatıdır.
Azərbaycanın 2020-ci ildə qazandığı zəfərdən sonra, 2023-cü ildə Ermənistan tərəfinin təxribatları və qeyri-qanuni silahlı qruplaşmalarının bölgədə təhlükəsizliyi pozmağa davam etməsi yeni təhlükələr yaratdı. Bu təxribatların əsas məqsədi, Azərbaycan ərazilərində gərginlik yaratmaq və regionda sabitliyi pozmaq idi. Ermənistan ordusunun dəstəyi ilə fəaliyyət göstərən separatçı qüvvələr, davamlı olaraq təxribat xarakterli hücumlar həyata keçirir, Azərbaycanın suverenliyinə təhdidlər yaradırdılar.Bu səbəbdən, Azərbaycan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın əsas məqsədi separatçı qüvvələri tərksilah etmək, bölgədəki hərbi obyektləri məhv etmək və Ermənistan ordusunun regionda mövcudluğunu tamamilə aradan qaldırmaq idi.Reallıq budur ki, Azərbaycan bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdi ki, inamla yaşamaq lazımdır. «İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır: «Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var.»Antiterror əməliyyatı çox qısa müddətdə, cəmi bir neçə saat ərzində Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, müasir texnologiyaların və yüksək dəqiqliklə idarə olunan hərbi texnikaların tətbiqi, Ermənistan ordusunun 15 mindən çox hərbi kontingentini tamamilə iflic vəziyyətinə saldı. Azərbaycan Ordusunun həyata keçirdiyi dəqiq və qətiyyətli zərbələr nəticəsində separatçı qüvvələr tam təsirsiz hala gətirildi və onların hərbi infrastrukturu məhv edildi.Tarixi Zəfərimizin qəhrəmanlarının hər biri  bir dastan yazdı. İndiki və gələcək nəsillər bu dastana öyrənməli, qalib, bütövləşən, yeni Azərbaycanı sevməklə yanaşı, sevdirməli, daim ölkəmizin milli maraqlarını hər şeydən üstün tutmalıdırlar. Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetində  sözügedən  görüşdə də bu  çağırışı səsləndirdi ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur.

Antiterror əməliyyatının müvəffəqiyyəti, Ermənistan ordusunun və dəstəklədiyi separatçı qüvvələrin müqavimət göstərə bilməyəcəyini sübut etdi. Əməliyyatın sürəti və nəticələrinin qətiyyəti qarşısında Ermənistan ordusu geri çəkilmək məcburiyyətində qaldı. Hərbi kontingentin iflic olması və onların döyüş qabiliyyətinin tamamilə itirilməsi, Ermənistan tərəfini kapitulyasiya şərtlərini müzakirə etməyə məcbur etdi.Cəmi bir neçə saat davam edən əməliyyatdan sonra, Azərbaycan tərəfi artıq Ermənistanla kapitulyasiya şərtlərini müzakirə etməyə başladı. Bu kapitulyasiya, Ermənistanın regiondakı hərbi fəaliyyətlərinin sona çatdırılması və Qarabağdakı separatçı elementlərin tamamilə aradan qaldırılması ilə nəticələndi.

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024