Mobil versiya
Antiterror əməliyyatı qaçılmaz oldu
Tarix: 19-09-2024 | Saat: 18:30
Bölmə:Özəl | çapa göndər

Antiterror əməliyyatı qaçılmaz oldu

Azərbaycan Silahlı Qüvvələrinin ölkə ərazisində həyata keçirdiyi antiterror əməliyyatlarından bir il ötür. Keçən ilin bu günlərində həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycan separatizmə son qoydu, öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Məhz 44 günlük Vətən Müharibəsi və 19 sentyabr tarixində həyata keçirilmiş antiterror əməliyyatlarının nəticəsidir ki, bu gün Xankəndi, Xocalı daxil olmaqla Azərbaycanın hər bir bölgəsində üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Antiterror əməliyyatının həyata keçirilməsini zəruri edən Ermənistanın üçtərəfli bəyanata əməl etməməsi, Qarabağdan erməni separatçılarının çıxarılmasını təmin etməməsi idi:
“Eyni zamanda müntəzəm olaraq mövqelərimizə qarşı həyata keçirilən təxribatlar, baş verən bir neçə insdent, ən əsası Ermənistan rəhbərliyinin də müəyyən mənada separatçılara dəstək olması Azərbaycan tərəfini məcbur etdi ki, antiterror əməliyyatları həyata keçirsin və separatçıları zərərsizləşdirsin”.
Uzun illər Azərbaycana qarşı separatizm və terrorizmə imza atan ünsürlər Azərbaycan Silahlı Qüvvələri qarşısında 1 sutka belə duruş gətirə bilmədi və təslim oldular:
Bununla da Azərbaycan öz ərazisində separatizmin kökünü kəsdi, onun başını əzdi.

Fənar Qənbərova
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Laçın rayon Zabux kənd tam orta məktəbinin ibtidai sinif müəllimi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024