Mobil versiya
Ordumuz separatçıları kapitulyasiyaya imza atmağa məcbur etdi
Tarix: 19-09-2024 | Saat: 10:34
Bölmə:Gündəm / Karusel | çapa göndər

Ordumuz separatçıları kapitulyasiyaya imza atmağa məcbur etdi

Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi.

aia.az xəbər verir ki, bu sözləri İkinci Şəhidlər Xiyabanında Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisi, Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov antiterror əməliyyatlarının birinci ildönümü ilə bağlı keçirilən anım mərasimində deyib.

O bildirib ki, 2023 cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirib:

"Bu əməliyyatın məqsədi separatçı qüvvələri Qarabağ bölgəsindən çıxarmaq idi. Onlar 10 noyabr üçtərəfli bəyanatının müddəalarını icra etmirdilər. Bu səbəbdən də antiterror əməliyyatları keçirildi. Biz şəhidlərin xatirəsini yad edir, onları hörmətlə anırıq. Müdafiə naziri Zakir Həsənov adından şəhidlərin yaxınlarına baş sağlığı veriririk".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024