BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü -Fotolar
Tarix: 19-09-2024 | Saat: 15:52
Bölmə:Təhsil | çapa göndər
Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin üçüncü görüşü keçirilib.
aia.az xəbər verir ki, layihənin növbəti qonağı Azərbaycan Atatürk Mərkəzinin direktoru, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov olub.
Nizami Cəfərov “Ümummilli Lider və türk dünyası” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin türk dünyası ilə siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edən çoxcəhətli fəaliyyətində elm, təhsil, ədəbiyyat və incəsənət istiqamətlərinin də özünəməxsus yeri və əhəmiyyəti var. Ümummilli Liderin türk dünyası ilə əlaqələri ortaq köklərə malik olan xalqlar arasında siyasi etimad, qarşılıqlı əməkdaşlıq, ədəbiyyatlar və mədəniyyətlər arasında dialoqa böyük töhfə verib. Türk dünyasının birliyinin təməlini qoyan Ümummilli Liderin uzaqgörənliyinin nəticəsində ortaq kökə, tarixə, mədəniyyə malik qardaş xalqların əsrlərə dayanan bağları möhkəmləndirilib. Bu siyasət Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İnteraktiv formatda keçən görüşün sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər