Mobil versiya
Nazirlərin görüşü ilə bağlı Ermənistan XİN-dən AÇIQLAMA - YENİLƏNİB
Tarix: 06-09-2024 | Saat: 17:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Nazirlərin görüşü ilə bağlı Ermənistan XİN-dən


Ermənistan “3+3” platformasının növbəti iclasının tarixinin məlum olub-olmaması və Ermənistan Xarici İşlər Nazirliyinin iştirakı ilə bağlı məsələyə münasibət bildirib.

aia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlayıb.

"Xarici işlər nazirinin iştirakı ilə keçirilən görüşlər barədə vaxtında məlumat veririk, eyni şey “3+3” platformasına da aiddir", - deyə diplomat açıqlayıb.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani əvvəl bildirmişdi ki, “3+3” regional əməkdaşlıq platformasının növbəti iclasının tarixi artıq məlumdur və bu barədə diplomatik kanallar vasitəsilə məlumat yayılacaq.

***15:47

“3+3” regional əməkdaşlıq platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan+Rusiya, İran, Türkiyə) yeni iclasının vaxtı müəyyənləşib.

aia.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

"Aydın müddət var, bu, diplomatik kanallar vasitəsilə elan olunacaq", - o bildirib.

Daha əvvəl görüşün xarici işlər nazirləri səviyyəsində keçiriləcəyi məlum olub. Bu dəfəki görüşün yeri Türkiyə olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2024