Mobil versiya
Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın
Tarix: 26-07-2024 | Saat: 15:31
Bölmə:Özəl | çapa göndər

Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın

Cari ilin 20 iyul tarixi Prezident İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı və çıxışı ilə yadda qaldı. Ölkə başçısı bildirdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.

Dövlət başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. Vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.Prezident İlham Əliyev bu yanaşma ilə kimin gerçəkdən sülh istədiyini, kimin revanşa, yenidən qan-qadaya can atdığını aydın diplomatik dillə ifadə etdi. Qafqazın lideri əminliklə bildirir ki, regionun xalqları özlərini təhlükəsiz hiss edir, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Bu, həm də dövlət başçımızın təkcə təhlükəsizlik çətirini yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın üzərində qaldırmaq əzmində olduğunu nümayiş etdirir. Əslində cənab İlham Əliyevin hədəfləri daha geniş spektri əhatə edir, qlobal mənada sülhün təminatı istiqamətində təşəbbüsləri ilə, Qəzzadan tutmuş Ukraynaya, ordan Fransa istilası altındə əzilən bölgələrə, Afrikaya, vətəndaş toqquşmasından əziyyət çəkən İslam ölkələrinədək. Dünya mediasında Azərbaycana qarşı qərəz hələ də davam edir. Ölkəmiz haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Azərbaycan uzun illər dezinformasiyanın qurbanı olub. Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı bütün erməni diasporu səfərbər oldu, ermənipərəst siyasətçilər, media nümayəndələri ölkəmizə qarşı hücuma keçdi, yalan məlumatlar yaymaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışdılar. Bununla da respublikamızı reallıqdan çox uzaq olan bir şəkildə, təcavüzkar dövlət kimi təqdim edirdilər. Medianın bu yalanları işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-ci ildə ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkənin sanksiyalara məruz qalması absurd vəziyyət idi.Bəzi ölkələr, xüsusilə, Fransa mediadan istifadə edərək ölkəmizi ittiham edir, guya, Azərbaycanın onların daxili işlərinə qarışması barədə fikirlər səsləndirir ki, bütün bunlar Fransanın uydurması, medianı feyk xəbərlər yaymağa məcbur edərək çətin vəziyyətə salmasıdır. Təəssüf ki, Avropa İttifaqında, BMT-də Azərbaycana qarşı soyuq müharibə əlamətləri özünü açıq şəkildə büruzə verir. Buna baxmayaraq, Azərbaycan kolonializmdən əziyyət çəkən xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.

Dövlətimizin başçısı forum iştirakçılarının diqqətini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə çəkərkən olduqca vacib bir məqama toxunub: "Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası "Dağlıq Qarabağ"ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir".

Rustam Hüseynov,
Gədəbəy “32 Nömrəli Yol İstismarı” MMC – Ərazi partiya təşkilatının sədri








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024