Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”
Tarix: 30-08-2024 | Saat: 10:37
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”

“Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi müasir Azərbaycan dövlətçiliyi tarixində ən mühüm və taleyüklü hadisələrdən biridir. Ümummilli Liderimiz Heydər Əliyevin parlaq siyasi fəaliyyətinin1990-1993-cü illəri əhatə edən “Naxçıvan dövrü” təkcə Muxtar Respublikanın deyil, bütün Azərbaycanın gələcək müqəddəratını həll etmiş mühüm hadisələrlə zəngin olmuşdur. Əlbəttə ki, Ulu Öndər o dövrdə blokada şəraitində yaşayan Naxçıvana rəhbərliyi öz üzərinə götürməklə ilk növbədə məhz Muxtar Respublikanın faktiki olaraq mövcudluğuna qarşı yönəlmiş təhdidləri aradan qaldırdı, orada sabitliyə və daha sonra dirçəlişə, inkişafa nail oldu. Bununla belə Naxçıvanda qəbul olunan mühüm siyasi qərarlar eyni zamanda həm də Azərbaycanın müstəqilliyinin formalaşmasına və möhkəmlənməsinə xidmət edirdi. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada sədr seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub.”

Bu fikirləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra müsahibimiz qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda verdiyi qərarlar həmin dövrdə ölkənin ali qanunverici orqanında da dövlət müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən addımların atılmasına zəmin yaradırdı: “Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdı. O cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın Dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. SSRİ-nin hələ mövcud olduğu bir dövrdə Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması barədə tarixi qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu bölmələri Naxçıvan MR ərazisindən çıxarıldı. Məhz bütün bunlara görə də Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Beləliklə, yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi bilavasitə Ümummilli Liderimizin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri isə sözsüz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024