Mobil versiya
İcra başçısı sakinlərlə görüşdü -Fotolar
Tarix: 07-09-2024 | Saat: 12:06
Bölmə:Gündəm | çapa göndər

İcra başçısı sakinlərlə görüşdü

Yasamal rayonunda sakinlər üçün sentyabr ayı üzrə səyyar qəbul keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.

Tədbirdə, həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.

Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.

Sakinlər yol infrastrukturunun təkmilləşdirilməsi, kommersiya obyektlərinin fəaliyyəti, tikintisi yarımçıq qalmış yaşayış binalarının taleyi, istismar müddəti bitmiş ev və məhəllələrin söküntüsü, Çernobıl əlillərinin mənzil növbəsi, küçələrin asfaltlanması, sosial dəstək və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

E. Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2024