Mobil versiya
Üç iş adamı Müdafiə Nazirliyindən təxminən 500 milyon rubl oğurlamaqda təqsirli bilinib.
Tarix: 26-07-2024 | Saat: 14:56
Bölmə:Özəl | çapa göndər

Üç iş adamı Müdafiə Nazirliyindən təxminən 500 milyon rubl oğurlamaqda təqsirli bilinib.


Moskvada Müdafiə Nazirliyindən 490 milyon rubla yaxın pul oğurlayan 3 iş adamı real cəzalara məhkum edilib. Bu barədə iyulun 26-da paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
Hökm Xamovniçeski Rayon Məhkəməsində elan edilib. Müttəhimlər kürsüsündə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə xüsusilə böyük miqyasda dələduzluqda təqsirli bilinən Andrey Çesnokov, Vadim Lesnıx və Vasili Titov var.

TASS-ın məlumatına görə, müttəhimlər Qazaxıstanda Terekta və Turqay hərbi poliqonlarının yenidən qurulması üçün müqavilələr bağlayıblar. Lakin idarənin ayırdığı 760 milyon rublun yarıdan çoxunu oğurlayıblar.

Nəticədə Çesnokov yeddi il yarım, Lesnıx yeddi il dörd ay, Titov altı il yarım həbs cəzası aldı. Cinayət ortaqları cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər. Hökm hələ qanuni qüvvəyə minməyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024