Mobil versiya
“Təhsilin əlçatan olması başlıca hədəfdir” - Emin Əmrullayev
Tarix: 01-07-2024 | Saat: 10:59
Bölmə:Manşet / Təhsil | çapa göndər

“Təhsilin əlçatan olması başlıca hədəfdir” -

Elm və Təhsil Nazirliyinin təhsil siyasəti çox vaxt təhsilin məişət həyatı ilə səhv salınır.

aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

“Hələ də biz təhsil siyasətinin tam anlaşıldığını müşahidə etmirik. Təhsil siyasəti təhsilin əlçatan, keyfiyyətli və hamı üçün bərabər olmasını hədəfləyir. Nazirlik olaraq ilk məktəbəqədər təhsildən danışsaq, təhsilin əlçatan olması başlıca hədəfdir. Artıq 85 faiz uşaq heç olmasa bir il məktəbəqədər hazırlığa gedir. Növbəti hədəf məktəbəqədər hazırlıq səviyyəsində əlavə 100 min yerin açılmasıdır” – nazir qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2024