Bu şəxslər deputat ola bilməyəcəklər - SİYAHI
Tarix: 02-07-2024 | Saat: 13:41
Bölmə:Manşet / Siyasət | çapa göndər
Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Qeyd edək ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb.
Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, namizədliyi irəli sürüləcək şəxlərin sənədlərinin təqdim olunması proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq.
Bu qərardan sonra deputat olmaq istəyən şəxslər artıq hazırlıqlara başlayıblar.
Bəs qanunvericiliyə görə kimlər deputat ola bilməz?
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsi deputatlığa namizədlərə aid tələbləri göstərir.
Anayasaya əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər. 18 yaşdan yuxarı şəxslər deputatlığa namizəd ola bilərlər. Qanunvericilikdə namizəd üçün son yaş həddi nəzərdə tutulmayıb.
Bununla belə, səsvermə hüququna malik bütün şəxslər də deputat ola bilməzlər.
Belə ki, Konstitusiyaya əsasən:
- ikili vətəndaşlığı olan,
- başqa dövlətlər qarşısında öhdəliyi olan,
- icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən,
- elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər,
- din xadimləri,
- fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən,
- ağır cinayətlərə görə məhkum olunmuş şəxslər,
- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
Qeyd edək ki, şəxs təqsirləndirilirsə və haqqında istintaq gedirsə, bu zaman onun deputatlığa namizədliyini irəli sürməyində heç bir problem yoxdur.
Digər tərəfdən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edənlər bir halda namizəd ola bilərlər ki, onlar vəzifələrindən istefa versinlər.Modern.az
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024