Maaş və pensiyalar artırılacaq? - Deputat AÇIQLADI
Tarix: 02-07-2024 | Saat: 12:57
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər
"Kənd təsərrüfatı sahəsində çalışan texnikalarda əsasən dizel yanacağından istifadə olunur. Bu, müəyyən ərzağın və kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxaracaq. Yanacaq həmişə həmin məhsulların maya dəyərinə təsir göstərir".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, iyulun 15-dən Aİ-95 markalı bezninin qiyməti 40 qəpik ucuzlaşacaq:
"Bu da çox vacibdir. Son illər elektromobillərin istifadəsi çoxalıb. Onlar üçün vergi güzəştləri tətbiq edilib ki, bu da ekoloji cəhətdən əhəmiyyətlidir".
Deputat qeyd edib ki, hökumət kənd təsərrüfatında çalışan fermer və sahibkarlar üçün müəyyən güzəştlər etməlidir: "Hesab edirəm ki, yanacağın qiymətində dəyişiklik olanda ərzaq bazarına müəyyən qədər təsir göstərir. Deməzdim ki, böyük təsiri olacaq. Bu ilin 4 ayında olan inflyasiya çox kiçikdir. Amma kənd təsərrüfatı sahəsində çalışan fermerlərə dövlət tərəfindən müəyyən yardımlar olmalıdır".
Maaş və pensiya artımına gəlincə, V.Əhmədov əlavə edib ki, 2024-cü ilin dövlət büdcəsində bu məsələlərə baxılıb:
"Bu yaxınlarda dürüstləşdirilmiş büdcədə 25 milyon manat pensiyanın artırılması ilə əlaqədar vəsait əlavə etdik. Mütəmadi olaraq maaş, pensiya və müavinətlər artırılır. Dövlət büdcəsində bu işlərlə əlaqədar müəyyən vəsaitlər var. Nə lazım olsa, tədbir görüləcək".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024