Mobil versiya
Dövlət Departamenti: Bakı ilə İrəvan arasında davam edən müzakirələr bizim üçün prioritetdir
Tarix: 03-07-2024 | Saat: 09:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dövlət Departamenti:

Azərbaycan və Ermənistanla Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik.

aia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

O bildirib ki, iki ölkə arasında davam edən müzakirələr ABŞ Dövlət Departamenti üçün prioritetdir: "Cənubi Qafqazdakı bir məsələ kontekstində geniş şəkildə deyim ki, bu bizim üçün və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritetdir. Şübhəsiz ki, sammit çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik. Sadəcə, hələlik konkret gündəliklə danışmaq istəmirəm”.

Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və sammitdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyi gözlənilir./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024