Mobil versiya
Puşkov: Makron daxili problemlərə görə Ukraynaya qoşun göndərməmək qərarına gəlib
Tarix: 25-06-2024 | Saat: 17:55
Bölmə:Özəl | çapa göndər

Puşkov:  Makron daxili problemlərə görə Ukraynaya qoşun göndərməmək qərarına gəlib

Fransa prezidenti Emmanuel Makron ölkəsindəki daxili siyasi mübarizə səbəbindən Ukraynaya qoşun göndərməmək qərarına gəlib. Bu barədə senator Aleksey Puşkov Teleqram kanalında məlumat verib.“Makron geri çəkildi: yaxın gələcəkdə Fransa Ukraynaya qoşun göndərməyəcək. Bu başa düşüləndir: Makronun indi qoşunlara vaxtı yoxdur. Onun hərəkatı seçkilərdə uduzur”, Puşkov yazıb.
İyunun 24-də Makron bildirib ki, Fransa qoşunları yaxın vaxtlarda Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək.Bundan sonra Emmanuel Makron bildirib ki, Fransa parlament seçkiləri ərəfəsində ölkədə ifrat sağçı və ifrat solçu siyasi blokların proqramları olduğu üçün vətəndaş müharibəsi ilə üzləşə bilər.

Fransa prezidenti həmçinin Rusiya prezidenti Vladimir Putinlə əlaqəni davam etdirməyə hazır olacağını bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024