Mobil versiya
A.İ.Bakuvi: “İqtisadiyyatın qeyri-neft sektorlarına investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmaqda davam edir”
Tarix: 27-09-2024 | Saat: 18:38
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

A.İ.Bakuvi: “İqtisadiyyatın qeyri-neft sektorlarına investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmaqda davam edir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 26 sentyabr tarixində keçirdiyi iqtisadi məsələlərə həsr olunmuş müşavirədə etdiyi çıxışında bir çox önəmli məqamlar öz əksini tapmışdır. O cümlədən dövlət başçısının qeyri-neft sektorunun inkişafında müsbət tendensiyanın müşahidə olunması ilə bağlı səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda aparıcı rol məhz neft və qaz sektoruna məxsusdur. Bununla belə, son illər qeyri-neft sektorunda ümumi iqtisadi artım getdikcə daha çox önə çıxmaqdadır ki, bu da son dərəcə təqdirəlayiq haldır. Əlbəttə ki, bu vəziyyət ilk növbədə neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası sayəsində yaranıb. Azərbaycan güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanır və bu resurslardan əldə etdiyi maliyyə axını hesabına iqtisadiyyatının uğurla şaxələndirilməsi istiqamətində məqsədyönlü addımlar atır. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət xəttinin nəticəsi olaraq Azərbaycanda qeyri-neft sənayesi, tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları kimi sahələr sürətlə inkişaf edir. Bu isə öz növbəsində ölkəmizdə son bir neçə ildə yüz minlərlə yeni iş yerlərinin açılmasına zəmin yaradıb. İqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün, qeyri-neft sektorlarına investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmaqda davam edir və nəticə olaraq bu sahələr üzrə istehsal və ixrac göstəricilərində artım müşahidə olunmaqdadır. Dövlət başçısının çıxışında qeyd olunan daha bir mühüm məqam ölkəmizdə qeyri neft sektorunun dinamik inkişafına dəlalət edir. Cənab Prezident bildirdi ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq ölkə iqtisadiyyatının ümumi inkişaf templərinə mənfi təsir göstərirdi. Yaranmış vəziyytdə isə bu tənəzzül məhz qeyri-neft sektorunun inkişafı ilə tənzimlənirdi.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.

Daha sonra müsahibimiz ölkmizdə mövcud olan əlverişli investisiya mühitinin iqtisadi inkişaf templərinə əhəmiyyətli təsir göstərən amil olduğunu vurğulayaraq bunları deyib: “Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hazırda ölkəmizə xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə də qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Qeyd olunmalıdır ki, sərmayələrin cəlb edilməsi hər bir ölkə üçün çox önəmli məsələdir. Bu gün bir çox ölkələrin milli iqtisadiyyatlarının inkişafı, infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına və digər beynəlxalq maliyyə qurumlarına çoxsaylı müraciət etmələri adi hala çevrilib. Azərbaycanda isə tamamilə fərqli vəziyyət mövcuddur. Son 21 ildə respublikamızın iqtisadiyyatı investisiya cəlbediciliyi baxımından hər hansı bir çətinliklə üzləşməyib və müxtəlif layihələrin maliyyə təminatı hər zaman yüksək səviyyədə öz həllini tapıb. Dünyanın aparıcı ivestorları neft-qaz layihələrinin icrası zamanı ölkəmizə yaradılmış çox gözəl investisiya mühitini bilavasitə müşahidə etmk imkanına malik olmuşlar. Azərbaycan cənab Prezident İlham Əliyevin keçirdiyi uğurlu islahatlar sayəsində bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlaya bilib. Əlbəttə ki, Azərbaycanın yüksək investisiya cəlbediciliyini formalaşdıran mühüm amillərdən biri də hazırda bütün dünyada yaşanan qeyri-sabitlik və qeyri-müəyyənlik fonunda ölkəmizin müsbət reallıqlara malik olması ilə bağlıdır. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların ölkəmizə olan münasibətini getdikcə daha da yaxşılaşdırıb” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024