Mobil versiya
Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi
Tarix: 27-09-2024 | Saat: 17:10
Bölmə:Özəl | çapa göndər

Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi

Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında vətən oğulları öz gücünü, qüdrətini bütün dünyaya bəyan etdilər. Və bu, dünya miqyasında tarixi hadisə idi. Ermənilərin özləri haqqında yaratdıqları mif darmadağın oldu. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutdu.
Bu il prezident seçkiləri, eyni zamanda parlament seçkiləri ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində.
Sentyabr ayının 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda çıxış edərək deputatları təbrik etdi. Qeyd etdi ki, “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və keçirildi nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə də xalqımızın iradəsinə heç cür təsir edə bilməz”. 
Quruculuq işlərində bir çox qardaş ölkələr də iştirak edirlər. Bu günə kimi bərpa işlərində Özbəkistan və Qazaxıstan yaxından iştirak edib. Eyni zamanda Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilib. Hal-hazırda isə Qırğızıstan Respublikası Ağdam şəhərində məktəb binasının inşası ilə məşğuldur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meylləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın.” 
İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində  Azərbaycan öz hərbi gücünü böyük dərəcədə artırıb, ordumuzda yeni silahlı birləşmələr yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir. Respublikamızın bütün hərbi zavodlarında genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Azərbaycan Ordusu getdikcə güclənir və onun qarşısında heç bir güc dayana bilməz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim hər birimizin önəmli vəzifəsidir. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.
Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024