Mobil versiya
"Türkiyə NATO-ya üzvlükdən imtina etmir" - Ərdoğan
Tarix: 27-09-2024 | Saat: 15:27
Bölmə:Karusel / Dünya | çapa göndər

"Türkiyə NATO-ya üzvlükdən imtina etmir" -

Türkiyənin BRİKS və ASEAN kimi təşkilatlara daxil olması “regionların arifmetikasını” dəyişəcək, lakin bu, NATO üzvlüyündən imtina demək deyil.

aia.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərlə söhbəti zamanı deyib.

"İnanıram ki, BRİKS və ASEAN-da mövcudluğumuz regionların arifmetikasını dəyişəcək. BRİKS və ASEAN bizə imkanlar verən strukturlardır, xüsusən də iqtisadi əməkdaşlığımızın inkişafı üçün. Bu strukturlarda iştirak NATO-dan imtina etmək demək deyil".

Onun sözlərinə görə, Türkiyənin bu təşkilatlara üzvlüyü “əhəmiyyətli dərəcədə fərqli strukturun” qurulmasına gətirib çıxaracaq.

Türkiyə prezidenti onu da xatırladıb ki, ölkəsi 20 ildir ki, Aİ üzvlüyünü gözləyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə