Mobil versiya
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR...
Tarix: 29-04-2024 | Saat: 13:36
Bölmə:Cəmiyyət | çapa göndər

“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR...

“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR...
"Niyə, cənablar?". aia.az bildirir ki, bu ritorik sualla növbəti dəfə "Azəriqaz"da müşahidə olunan bir faktı açıqlayan Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirib: " "Azəriqaz" İstehsalat Birliyində eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib.

İkisi də eyni balı toplayıb: 20 bal... İmtahanda iştirak edənlərdən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır.

Nəticədə xanımın yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın "niyə", "hansı kriteriyalar əsas götürülüb" kimi suallarına cavab verilmir(????).

Bu halda sual edirəm: "Azəriqaz" İB seçim zamanı hansı amillərə üstünlük verib?

Nepotizm... qadına qarşı diskrinimasiya... yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024