Ana Sayfa > Parlament > “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR...
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR...29-04-2024, 13:36. Yazar: sevinc1 |
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... "Niyə, cənablar?". aia.az bildirir ki, bu ritorik sualla növbəti dəfə "Azəriqaz"da müşahidə olunan bir faktı açıqlayan Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib. Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirib: " "Azəriqaz" İstehsalat Birliyində eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib. İkisi də eyni balı toplayıb: 20 bal... İmtahanda iştirak edənlərdən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır. Nəticədə xanımın yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın "niyə", "hansı kriteriyalar əsas götürülüb" kimi suallarına cavab verilmir(????). Bu halda sual edirəm: "Azəriqaz" İB seçim zamanı hansı amillərə üstünlük verib? Nepotizm... qadına qarşı diskrinimasiya... yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?" Geri dön |