Mobil versiya
Bir gündə iki bayram
Tarix: 15-05-2024 | Saat: 09:54
Bölmə:Siyasət | çapa göndər

Bir gündə iki bayram

10 may tarixi xalqımız üçün özəl günlərdən biridir. Hər il xalqımızın minnətdarlıq duyğusu ilə Ulu Öndərin doğum gününü qeyd etməsi bu günü tarixə yazır. Bu gün insanların qəlbində zülmətdən işığa doğru inam uzanan yolun əvvəlidir.

Bu il də 10 may öz xoş müjdəsi ilə yadda qaldı. Doğma Qarabağın dilbər guşəsi, Azərbaycanın tacı olan Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər.
Bayramsayağı bəzədilmiş Şuşa eyni gündə iki bayramı birdən yaşadı. İyirmi üç binalı 450 mənzildən ibarət yaşayış kompleksinin açılışı Ulu Öndərin doğum günündə şuşalılara bayram hədiyyəsi oldu.

Görüşdə çıxış edən ölkə başçısı otuz iki illik həsrətdən sonra Şuşaya qayıdan sakinlərə sonsuz sevinc və qürur hissi ilə səslənərək dedi: “Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il Vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.”

Ötən illər ərzində mənəvi cəhətdən saf, mübariz, Vətən, torpaq qədri bilən gənclik yetişdirən Azərbaycan xalqı tarixə yazılacaq qəhrəmanlığı və fədakarlığı ilə bu gün dünyanın diqqətini cəlb edir. 44 günlük müharibəyə gedən yolda iqtisadiyyatı güclənən, vahid ideya- Vətənin azadlığı ideyası ətrafında, öz rəhbəri ətrafında sıx birləşən xalqımız bu müharibədə qəhrəmanlıq dastanı yazdı.

Cənab Prezident o qəhrəmanlıq salnaməsini belə ifadə etdi: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.”

Bu gün Şuşanın yeni tarixinin başlandığını qeyd edən ölkə başçısı bildirdi ki, mərhələlərlə Şuşa sakinləri mənzillə təmin ediləcək, bu qəhrəman şəhər yenidən özünün gözəlliyi ilə dünyanı heyrətə gətirəcəkdir: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024