Mobil versiya
Ərdoğan gecə saatlarında təcili iclas keçirib
Tarix: 15-05-2024 | Saat: 09:00
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan gecə saatlarında təcili iclas keçirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş təhlükəsi ilə bağlı məlumatların ortaya çıxmasından sonra təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili toplantı keçirib.

aia.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Bundan əvvəl Ankara Təhlükəsizlik Müdirliyindən bir neçə işçi işdən çıxarılmışdı. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal materialları ələ keçirmək üçün işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Bununla əlaqədar olaraq, Baxçalı səlahiyyətliləri yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.

Qəzetin məlumatına görə, Baxçalının açıqlamalarından sonra Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla təcili gecə görüşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə