Mobil versiya
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər
Tarix: 15-05-2024 | Saat: 12:56
Bölmə:İdman | çapa göndər

“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər

İngiltərənin “Mançester Siti” və ya İspaniyanın “Jirona” komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etməyə bilər.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, buna hər iki kluba eyni şirkətin - “City Football Group”un sponsorluq etməsidir.

Avropa futbol klubundan Mançester təmsilçisinə göndərilən məktubda bildirilib ki, hər iki komandanın qitənin əsas turnirində iştirakı üçün şirkət klublardan birindəki səhmlərini azaldıb 30 faizdən aşağı salmalıdır.

“City Football Group” hazırda “Mançester Siti”nin 100, “Jirona”nın isə 47 faizinə sahibdir. Ehtimal olunur ki, şirkət La Liqa təmsilçisindəki səhmlərini azaldacaq. Əks halda İspaniya klubu Çempionlar Liqasına vəsiqə qazanan İspaniya klubu Avropa Liqasında mübarizə aparmalı olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2024