Mobil versiya
Deputatlar tətildən qayıdır
Tarix: 18-01-2021 | Saat: 09:58
Bölmə:Ölkə | çapa göndər

Deputatlar tətildən qayıdır


Milli Məclisin yaz sessiyasının başlanmasına az müddət qalıb.

aia.az-ın məlumatına görə, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Artıq Milli Məclisin yaz sessiyası ilə əlaqədar komitə iclaslarına start verilib.

Belə ki, yanvarın 15-də Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Yanvarın 17-də isə Elm və təhsil komitəsinin iclası keçiriləcək.

Növbəti günlərdə digər komitələrin də iclasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024