Mobil versiya
"O vaxt büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi" - Deputat
Tarix: 07-05-2024 | Saat: 11:57
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"O vaxt büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi" -

"Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı:

"O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirlərimiz isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda ÜDM-dəki, iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Yəni, Azərbaycan bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü. İqtisadi artımın isə 2022-ci ildə 6,1 milyard manata qədər böyüməsini gətirib çıxardı".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə