Mobil versiya
Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir -Fotolar
Tarix: 07-05-2024 | Saat: 17:01
Bölmə:Cəmiyyət | çapa göndər

Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı Zəhmətkənd, Xarxar, Slavyanka, Poladlı, və Çayrəsullu kənd ərazi partiya təşkilatlarında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin həyatı və Onun zəngin irsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdilər ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir.Tarixin ən böyük vətənpərvəri olan ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib.
Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açılıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsindən Onun görkəmli dövlət xadimi kimi xidmətlərindən bəhs edilib.
Vurğulanıb ki,bu gün hər bir Azərbaycan vətəndaşı xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsini mənimsəyir. Çünki Onun bizlərə miras olan zəngin irsi xalqımızın yüz illiklər boyu faydalanacağı bir mənbədir. 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024