Mobil versiya
Qusarda Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konfrans keçirilib -Fotolar
Tarix: 07-05-2024 | Saat: 15:05
Bölmə:Cəmiyyət | çapa göndər

Qusarda Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konfrans keçirilib

Qusarda rayon İcra Hakimiyyəti , rayon Mərkəzi Xəstəxanası və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konfrans keçirilib.

Qusar rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdən öncə Ümumilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərin xəstəxananın foyesində yerləşən güşələrinə gül dəstələri düzülüb.

Konfransın açılışında Azərbaycan dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev açaraq bildirdi ki, Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxaran, onu bütün dünyada tanıdan Ulu Öndər Heydər Əliyev ölkənin tək siyasi-iqtisadi deyil, bütün sahələrin, o cümlədən səhiyyənin inkişafına, tərəqqisinə nail olmağı bacardı. O, qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar xəstəxanada çalışan gənclərdən 101 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edib. Bu da heç şübhəsiz Heydər Əliyev ideologiyasına dərin hörmət və ehtiramın təcəssümüdür.

RİH başçısının müavini Zoya Eldarova çıxışında dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi gərgin siyasi fəaliyyətdən söhbət açıb. O, Ulu öndərin Vətən və millət üçün genişmiqyaslı işlər gördüyünü bir daha xatırladıb, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun müstəsna xidmətlərini qeyd edib.

YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Heydər Əliyevin milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən geniş məlumat verərək bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondunun Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyevin ideyalarına əsaslanaraq, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdə önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atdığını, mədəniyyət sahəsinin inkişafına danılmaz töhfələr verdiyini vurğulayıb.

Tədbirdə partiya veteranı, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş Əliyulla Ağalarov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bildirdilər.

Konfransın sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirildi.
























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024