Mobil versiya
Robert Fitso: İmkan olan kimi Qarabağa səfər etmək istərdim
Tarix: 07-05-2024 | Saat: 14:09
Bölmə:Siyasət | çapa göndər

Robert Fitso:

İmkan olan kimi Qarabağa səfər etmək istərdim.

aia.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

O, Slovakiyanın Qarabağla bağlı təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan liderinə təşəkkür edib:

"Mən imkan düşən kimi oraya səfər etmək istərdim. Ümid edirəm ki, siz də tez zamanda Slovakiyaya səfər edəcəksiniz. Eyni zamanda enerji sahəsində əməkdaşlıqda da maraqlıyıq, kiçik aerodrom sahəsi ilə maraqlanırıq".

R.Fitso bildirib ki, Azərbaycan qazının Ukrayna ərazisindən idxalı layihəsi var:

"Söhbət 20 milyardlıq layihədən gedirsə, hamı bu məsələdə maraqlı olmalıdır. Əminəm ki, Avropa səviyyəsində də müsbət ab-hava yaradacağıq. Bilirsiniz ki, Avropa söz-söhbəti sevir. Biz qazı Ukrayna üzərindən Slovakiyaya idxal etmək istəyirik. Bu nümunəvi bir layihə ola bilər".

"Cənab Prezident sizə uğurlar arzulayıram, Azərbaycan suveren ölkədir, siz ədalətsizliyə qarşı sinə gərirsiniz. Eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam. Azərbaycan nümunəvi ölkədir. Əməkdaşlığa görə təşəkkür edirəm!", - Baş nazir vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024