Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində Əl Gigiyenası Gününə həsr edilən maarifləndirici tədbir keçirilib -Fotolar
Tarix: 07-05-2024 | Saat: 19:18
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində Əl Gigiyenası Gününə həsr edilən maarifləndirici tədbir keçirilib

Mərkəzimizin baş həkim müavini, həkim terapevt Günay İsmayılova Əl gigiyenasının pasiyentlərin təhlükəsizliyi üçün tibb işçilərinin istifadə edə biləcəyi sadə, lakin güclü vasitə olduğunu bildirib.

“Pasiyentlərin təhlükəsizliyini təmin etmək və həyatını xilas etmək bizim əlimizdədir.” deyə vurğulanıb. Tədbirdə xüsusi ilə infeksion xəstəliklərlə mübarizədə bunun vacibliyi haqqında bəhs edilib.

İnfeksiyaya nəzarət bölməsinin rəhbəri, həkim infeksionist Ləman Qalimova “Dünya Əl Gigiyenası Günü”nün yaranma tarixi və bu günün əsas mahiyyəti haqqında məlumat verib. O, çirkli əllərdə olan virus və bakteriyaların bir çox xəstəliklərin yayılmasını sürətləndirdiyini bildirib. Bu səbəbdən də indiki dövrdə bütün tibb müəssisələrində tibb işçilərini olduqca diqqətli olmağa çağırıb. Bakı Sağlamlıq Mərkəzində infeksion nəzarət sisteminin təşkilindən bəhs edib. Bu sahədə atılan addımlar və növbəti mərhələlərdə görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bu il Mərkəzimizin Əl Gigiyenası Gününə ən nümunəvi şöbəsi Neonatologiya seçilmişdir. Bu münasibətlə şöbəni təbrik edir, fəaliyyətində və işlərində uğurlar arzu edirik.

Sonda Bakı Sağlamlıq Mərkəzinin və Ümumdünya Səhiyyə Təşkilatı əməkdaşlarının 5 may “Əl gigiyenası günü” üçün hazırladığı marifləndirici video çarx nümayiş etdirilib. Baş tutan tədbirdən görüntüləri sizə təqdim edirik. Xoş seyrlər!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə