Mobil versiya
“Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib -Fotolar
Tarix: 07-05-2024 | Saat: 15:25
Bölmə:Cəmiyyət | çapa göndər

“Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib.

Akademiya rəhbərliyi və qonaqlar “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dahi Öndərimizin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətlərindən, xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi təxirəsalınmaz və qətiyyətli tədbirlərdən, vətəndaş müharibəsi və seperatizm təhlükəsinin aradan qaldırılmasından, dayanıqlı ictimai-siyasi sabitliyin əldə edilməsindən danışılıb.

Bildirilib ki, hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş, Dövlət Sərhəd Xidmətini yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirən ən böyük azərbaycanlı Heydər Əliyev üçün müqəddəs amal olan ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası məsələsi illər sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən öz həllini tapdı və bu gün, onun rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri dayanıqlı kompleks tədbirlər çərçivəsində aparılır.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Vüqar İskəndərov və Jalə Əhmədova iştirak edib.

Sonda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən “Əbədiyyətin ilk əsri” sənədli filmi nümayiş etdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024