Mobil versiya
Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? - YENİLƏNİB + RƏSMİ AÇIQLAMA
Tarix: 07-08-2020 | Saat: 18:07
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? -


"Azərbaycanda ananın xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlanması iddiasi ilə bağlı toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndəriləcək”.

Bunu mətbuata açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

***

Azərbaycanda ana xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlandığını iddia edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Zabrat qəsəbə sakini bildirib ki, 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib.

O iddia edir ki, övladıondan xəbərsiz satılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki,məsələ ilə bağlı TƏBİB-ə şikayət daxil olmayıb:

"Bu, hüquq-mühafizə orqanlarının işidir. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.(oxu.az)




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024