Mobil versiya
İşçilərlə əmək müqaviləsinə xitam verilmədən işəgötürənlərin ləğvi mümkün olmayacaq
Tarix: 27-11-2026 | Saat: 12:14
Bölmə:Parlament | çapa göndər

İşçilərlə əmək müqaviləsinə xitam verilmədən işəgötürənlərin ləğvi mümkün olmayacaq

Hüquqi şəxsin ləğvi zamanı müvafiq elektron informasiya sistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi haqqında dəyişikliklər qəbul edilib.

aia.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki, Vergi Məcəllələrində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, hüquqi şəxs ləğv edildiyi üçün həmin hüquqi şəxsin adından elektron informasiya sistemində əməliyyatların aparılması mümkün olmur. Eyni hal fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldığı hallarda da baş verir. Beləliklə:

- hüquqi şəxslərin (o cümlədən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsi, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs) ləğvi və vergi uçotundan çıxarılması yalnız onların işçiləri ilə əmək müqaviləsinə xitam verildikdə mümkün hesab ediləcək;

- fiziki şəxs olan vergi ödəyicisinin vergi uçotundan çıxarılması da yalnız işçiləri ilə əmək müqaviləsinə xitam verildikdən sonra mümkün hesab ediləcək.

Qanun qüvvəyə minənədək qeyd olunan subyektlərlə (fiziki şəxs olan işəgötürənlər istisna olmaqla) işçi arasında elektron informasiya sistemində xitam verilməmiş əmək müqaviləsi işçinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılaraq qüvvədən düşmüş hesab ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026