Mobil versiya
Nigar Camaldan sərt çağırış: “Cərimələr 5 dəfə artırılsın!”
Tarix: 22-10-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Nigar Camaldan sərt çağırış: “Cərimələr 5 dəfə artırılsın!”



Müğənni Nigar Camal heyvanlara qarşı zorakılıq hallarına etiraz edərək cəzaların sərtləşdirilməsini tələb edib.

Sənətçi sosial şəbəkə hesabında su çəninə atılan itin görüntülərini paylaşaraq baş verənlərə münasibət bildirib.

Nigar Camal heyvanlara işgəncə verən və onların həyatına qəsd edən şəxslərin ciddi məsuliyyətə cəlb olunmasını istəyib.

“Cərimələrin məbləği ən azı 3-5 dəfə artırılmalıdır! Cəzalar o qədər ciddi və təsirli olmalıdır ki, insanlar heyvana zərər verməzdən əvvəl heç olmasa bunun nəticələrini düşünsünlər”, – deyə müğənni vurğulayıb.

İfaçı müdafiəsiz heyvanların qorunması üçün daha təsirli hüquqi tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2026