Mobil versiya
BMT-də Fransa ilə bağlı mühüm qərar – 159 ölkə qətnaməni dəstəklədi
Tarix: 22-10-2026 | Saat: 20:55
Bölmə:Özəl | çapa göndər

BMT-də Fransa ilə bağlı mühüm qərar – 159 ölkə qətnaməni dəstəklədi




BMT Baş Assambleyasının Xüsusi Siyasi Məsələlər və Dekolonizasiya üzrə Dördüncü Komitəsində Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib.

Bakı Təşəbbüs Qrupunun məlumatına görə, 159 ölkə sənədin lehinə, 2 ölkə əleyhinə səs verib, Fransa da daxil olmaqla 4 ölkə isə bitərəf qalıb.

Qətnamə layihəsində Fransız Polineziyası xalqının öz müqəddəratını təyinetmə hüququ təsdiqlənir və Fransanın dekolonizasiya prosesində BMT ilə əməkdaşlıq etməsi istənilir.

Sənəddə BMT-nin xüsusi missiyasının əraziyə göndərilməsi, yerli hakimiyyətlə Fransa arasında dialoqun başlanması və dekolonizasiya üzrə fəaliyyət proqramının hazırlanması nəzərdə tutulur.

Qətnamədə Fransanın 1966–1996-cı illərdə bölgədə keçirdiyi nüvə sınaqlarının nəticələrinə və yerli əhalinin təbii sərvətlər üzərində hüquqlarına da diqqət yetirilir.

Fransız Polineziyasının müstəqilliyini müdafiə edən “Tavini Huiraatira” partiyası səsverməni mühüm diplomatik hadisə kimi qiymətləndirib.

Bakı Təşəbbüs Qrupu isə sözügedən partiya ilə əməkdaşlıq çərçivəsində Fransız Polineziyası əhalisinin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsini davam etdirdiyini bildirib.

Qeyd edək ki, qətnamə layihəsinin Dördüncü Komitədə qəbul edilməsi Fransız Polineziyasının müstəqillik əldə etməsi barədə yekun qərar anlamına gəlmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2026