“Niyə evə gec gəldin?” sualı dava ilə bitdi – Arvadını döyən kişi məhkəmə qarşısında
Tarix: 22-10-2026 | Saat: 20:19
Bölmə:Özəl | çapa göndər

Abşeron rayonunda ailədaxili mübahisə zamanı həyat yoldaşına fiziki zorakılıq tətbiq edən kişi məhkəmə qarşısına çıxarılıb.
Məlumata görə, 1998-ci il təvəllüdlü Sahib (ad şərtidir) gecə saat 00:30 radələrində evə qayıdarkən həyat yoldaşı Xumarın ona gec gəlməsi ilə bağlı irad bildirməsinə əsəbiləşib.
Mübahisə zamanı kişi arvadının sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirib. Hadisədən sonra qadın polisə müraciət edib.
Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Sahib məhkəmədə günahını etiraf edib. O, 2019-cu ildən evli olduğunu və dörd azyaşlı övladının olduğunu bildirib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2026