Ana Sayfa > Özəl > Nigar Camaldan sərt çağırış: “Cərimələr 5 dəfə artırılsın!”
Nigar Camaldan sərt çağırış: “Cərimələr 5 dəfə artırılsın!”Bu gün, 20:00. Yazar: vasif |
![]() Müğənni Nigar Camal heyvanlara qarşı zorakılıq hallarına etiraz edərək cəzaların sərtləşdirilməsini tələb edib. Sənətçi sosial şəbəkə hesabında su çəninə atılan itin görüntülərini paylaşaraq baş verənlərə münasibət bildirib. Nigar Camal heyvanlara işgəncə verən və onların həyatına qəsd edən şəxslərin ciddi məsuliyyətə cəlb olunmasını istəyib. “Cərimələrin məbləği ən azı 3-5 dəfə artırılmalıdır! Cəzalar o qədər ciddi və təsirli olmalıdır ki, insanlar heyvana zərər verməzdən əvvəl heç olmasa bunun nəticələrini düşünsünlər”, – deyə müğənni vurğulayıb. İfaçı müdafiəsiz heyvanların qorunması üçün daha təsirli hüquqi tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkib. Geri dön |