Mobil versiya
Dünyada minlərlə sayt bağlana bilər – Ciddi təhlükəsizlik xəbərdarlığı
Tarix: 22-10-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

Dünyada minlərlə sayt bağlana bilər – Ciddi təhlükəsizlik xəbərdarlığı




Dünyada minlərlə internet saytı ciddi təhlükəsizlik boşluğu səbəbindən fəaliyyətini dayandırmaq riski ilə üzləşib.

“Reuters”in yaydığı məlumata görə, yaranmış təhlükə ilə əlaqədar Niderland və Finlandiya bəzi dövlət saytlarının və elektron xidmətlərin fəaliyyətini müvəqqəti dayandırıb.

Problemin aradan qaldırılması üçün proqram təminatına təhlükəsizlik yeniləməsinin bu gün təqdim ediləcəyi gözlənilir.

Lakin yeniləmənin yalnız proqramın yeni versiyalarına şamil olunacağı bildirilir. Bu isə köhnə sistemlərdən istifadə edən saytlar üçün əlavə çətinlik yarada bilər.

Mütəxəssislərin diqqət çəkdiyi əsas risk köhnəlmiş proqram təminatının təhlükəsizlik boşluqlarına qarşı müdafiəsiz qalmasıdır.

Hələlik problemin hansı proqram təminatına aid olduğu və neçə saytın təsirlənə biləcəyi barədə dəqiq məlumat açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2026