Mobil versiya
Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
Tarix: 22-10-2026 | Saat: 16:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu

Gürcüstanda nəşr olunan “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham edilərək həbs olunub.

aia.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Dito Çubinidze bu ilin fevralından müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə dezinformasiya xarakterli məlumatlar yayıb, Gürcüstanın Baş nazirinin gizli razılaşma yolu ilə Keşikçidağ məbəd kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib.

İstintaq jurnalistin bu iddialarını təkzib edib və ona qarşı vətənə xəyanət ittihamı irəli sürüb.

İrəli sürülən ittiham üzrə Çubinidzeni dörd ilədək həbs cəzası gözləyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2026