Mobil versiya
Benzin o qədər bahalaşdı ki, sürücülər yanacaq üçün qonşu ölkəyə gedirlər
Tarix: 07-10-2026 | Saat: 21:44
Bölmə:Özəl | çapa göndər

Benzin o qədər bahalaşdı ki, sürücülər yanacaq üçün qonşu ölkəyə gedirlər




Niderlandda yanacağın yüksək qiyməti bəzi sürücüləri avtomobillərinə benzin doldurmaq üçün qonşu Belçikaya getməyə vadar edir. Xüsusilə sərhədə yaxın yaşayanlar qiymət fərqindən yararlanmağa çalışırlar.

Məlumata görə, Niderlandda “Avro 95” benzininin tövsiyə olunan pərakəndə satış qiyməti Belçikanın sərhədyanı Poppel şəhərindəki bəzi yanacaqdoldurma məntəqələri ilə müqayisədə litrə təxminən 0,70 avro baha ola bilir.

Sərhədi keçən niderlandlılar yalnız yanacaq almırlar. Onlar səfər zamanı supermarketlərdən müxtəlif məhsullar da əldə edərək qiymət fərqindən faydalanırlar.

2026-cı ilin ilk yarısında Niderland sakinlərinin xarici ölkələrin supermarketlərində xərclədiyi məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 117 milyon avro və ya 9 faiz artıb. Xaricdə edilən alış-verişdə Almaniyanın payının Belçika ilə müqayisədə təxminən altı dəfə yüksək olduğu bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2026