Bakıda DÇ başlayır
Tarix: 03-10-2026 | Saat: 21:46
Bölmə:İdman | çapa göndər

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır Oktyabrın 4-də Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
“aia.az” xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.
Qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 finaldan başlayacaq və Çili cüdoçusu Mari Di Varqas Ley ilə üz-üzə gələcək.
Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) görüşünün qalibi ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində Əhməd Yusifovun rəqibi isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi olacaq.
Təsnifat mərhələsinin görüşləri saat 11:30-dan etibarən “CBC Sport” telekanalında, final bloku isə saat 18:00-dan başlayaraq “İctimai TV”də canlı yayımlanacaq. Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər