Naxçıvan tranzit mərkəzinə çevrilir: Azərbaycana nə qədər gəlir gətirəcək?
Tarix: 12-08-2026 | Saat: 18:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına verdiyi son müsahibədə səsləndirdiyi fikirlər Zəngəzur dəhlizi və TRIPP layihəsinin Azərbaycanın nəqliyyat və iqtisadi imkanları baxımından əhəmiyyətini yenidən gündəmə gətirib. Görünən odur ki, söhbət yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin bərpasından getmir. Layihənin reallaşması nəqliyyatla yanaşı, enerji, logistika, rəqəmsal kommunikasiya və ticarət əlaqələrində də yeni imkanlar yarada bilər.
Xüsusilə Ermənistan ərazisindən keçəcək 42 kilometrlik dəmir yolu hissəsinin tikintisinə 2026-cı ildə başlanmasının planlaşdırılması, Azərbaycanın öz dəmir yolu xəttini 2027-ci ildə Ermənistan sərhədinə çatdırmaq niyyəti və Naxçıvanın dəmir yolu infrastrukturunun genişləndirilməsi regionun tranzit xəritəsində ciddi dəyişikliklər vəd edir. Bununla yanaşı, TRIPP marşrutu üzrə elektrik xətləri, fiber-optik kabellər, neft və qaz kəmərlərinin çəkilməsi imkanının nəzərdən keçirilməsi layihənin iqtisadi əhəmiyyətini daha da artırır.
Naxçıvanda yeni elektrik stansiyasının inşası, günəş enerjisi potensialının istifadəsi, sənaye parkının yaradılması və nəqliyyat infrastrukturunun modernləşdirilməsi də bu prosesin iqtisadi tərəfini gücləndirir. Beləliklə, qarşıdakı illərdə Naxçıvanın sadəcə Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bərpa olunan muxtar respublika deyil, Türkiyə və Avropa istiqamətində nəqliyyat, enerji və logistika qovşağına çevrilməsi gündəmə gələ bilər.
Bəs bu layihələrin Azərbaycan iqtisadiyyatına real təsiri nə olacaq? Naxçıvanın tranzit və logistika mərkəzinə çevrilməsi ölkəyə nə qədər əlavə gəlir gətirə bilər?
Bu və digər suallarla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Musavat.com-a geniş müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan artıq Orta Dəhlizin tərkib hissəsidir və ölkəmizin bu dəhlizdəki mövqeyi ildən-ilə güclənir. Lakin nəqliyyat dəhlizlərinin səmərəliliyi təkcə coğrafi mövqedən deyil, onların buraxılış qabiliyyətindən və bir-biri ilə inteqrasiyasından da asılıdır. Bu baxımdan Zəngəzur dəhlizinin ilkin mərhələdə 15 milyon ton yükdaşıma imkanına hesablanması Azərbaycanın beynəlxalq yükdaşımalarında iştirak imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun modernləşdirilməsi və bu xəttin Zəngəzur dəhlizi ilə birləşdirilməsi yeni tranzit marşrutunun formalaşmasına şərait yaradacaq. Rəsmi məlumatlara əsasən, Naxçıvan dəmir yolu şəbəkəsinin modernləşdirilməsi nəticəsində onun illik yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın Asiya ilə Avropa arasında yükdaşımalar bazarında iştirakını genişləndirə bilər. Xüsusilə Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi üzərindən Azərbaycana, daha sonra Naxçıvan və Türkiyə istiqamətində daşınması üçün əlavə marşrut imkanları yaranacaq.
Digər mühüm məqam ondan ibarətdir ki, Zəngəzur dəhlizi yalnız yükdaşımalarla məhdudlaşmayacaq. TRIPP çərçivəsində enerji və rəqəmsal bağlantıların yaradılması imkanının nəzərdə tutulması layihənin iqtisadi əhəmiyyətini daha da artırır. Bu isə o deməkdir ki, gələcəkdə dəhliz vasitəsilə yalnız fiziki yüklər deyil, enerji və rəqəmsal xidmətlər baxımından da regional inteqrasiya imkanları genişlənə bilər. Bütün bunlar Naxçıvanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün ciddi potensial yaradır. Nəticədə Naxçıvanın geoiqtisadi əhəmiyyəti artacaq, Azərbaycanın isə regional nəqliyyat və enerji xəritəsində mövqeyi daha da möhkəmlənəcək.
- Naxçıvanın tranzit və logistika mərkəzinə çevrilməsi ölkəyə nə qədər əlavə gəlir gətirə bilər?
- Naxçıvanın tranzit və logistika mərkəzinə çevrilməsinin iqtisadi əhəmiyyəti kifayət qədər böyük ola bilər. Lakin burada konkret olaraq əvvəlcədən müəyyən məbləğdə gəlir proqnozlaşdırmaqdan daha çox, yaranacaq iqtisadi effektin müxtəlif istiqamətlərini nəzərə almaq lazımdır. İlk növbədə, yeni iş yerlərinin və istehsal sahələrinin yaranması gözlənilir. Beynəlxalq nəqliyyat və logistika mərkəzinin formalaşması anbar, yük terminalı, gömrük, sığorta, nəqliyyat, servis, təmir, informasiya texnologiyaları və digər xidmət sahələrinin inkişafına stimul verəcək. İkinci mühüm məsələ investisiyaların cəlb edilməsidir. Naxçıvanın xüsusi iqtisadi güzəştlər tətbiq olunan ərazi kimi inkişaf etdirilməsi investorlar üçün əlavə imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yanaşmalarla paralel şəkildə Naxçıvanda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara güzəştlərin verilməsi və yeni sənaye müəssisələrinin yaradılması iqtisadi aktivliyi artıra bilər. Bağlantı layihələrinin reallaşması isə Naxçıvanın investorlar üçün cəlbediciliyini daha da artıracaq. Çünki investor üçün ən mühüm məsələlərdən biri istehsal etdiyi məhsulu bazarlara sürətli və etibarlı şəkildə çıxara bilməkdir. Naxçıvanın Türkiyə və Avropa bazarlarına çıxışının genişlənməsi bu baxımdan mühüm üstünlük yaradacaq. Digər tərəfdən, dövlət büdcəsinə və ümumi iqtisadiyyata tranzit gəlirləri, yükdaşımalar, logistika xidmətləri, enerji ixracı, rəqəmsal bağlantılar və yeni istehsal sahələri vasitəsilə əlavə gəlirlər daxil ola bilər. Buna görə də Naxçıvanın tranzit və logistika mərkəzinə çevrilməsini yalnız dəmir yolundan əldə olunacaq gəlirlə ölçmək düzgün olmaz. Burada söhbət multiplikativ iqtisadi effektdən gedir. Nəqliyyat infrastrukturu inkişaf etdikcə logistika, sənaye, ticarət, xidmət, kənd təsərrüfatı və turizm sektorlarında da əlavə iqtisadi aktivlik yarana bilər. Beləliklə, 35 il ərzində blokada şəraitində yaşayan Naxçıvanın qarşıdakı inkişaf perspektivləri yalnız muxtar respublikanın iqtisadiyyatının güclənməsi baxımından deyil, bütövlükdə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
- Bəs xarici investorların prosesə cəlb olunması hansı iqtisadi imkanları və riskləri yarada bilər?
- TRIPP layihəsində ABŞ-ın iştirakı və Zəngəzur dəhlizinin reallaşması perspektivinin güclənməsi xarici investorların regiona marağını artıran əsas amillərdəndir. Ermənistan və ABŞ arasında 2026-cı ildə açıqlanan çərçivə sənədində TRIPP-in həyata keçirilməsi üçün xüsusi mexanizmlər müəyyənləşdirilib və ABŞ tərəfindən texniki, maliyyə və infrastruktur dəstəyinin göstərilməsi nəzərdə tutulur. Azərbaycan isə öz ərazisində dəhlizin reallaşması üçün zəruri infrastrukturun yaradılmasına artıq başlayıb. Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparılır. Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik hissənin isə TRIPP çərçivəsində inkişaf etdirilməsi nəzərdə tutulur. Xarici investorların prosesə cəlb olunmasının əsas üstünlüklərindən biri maliyyə yükünün bölüşdürülməsi və beynəlxalq texnologiya, idarəetmə təcrübəsi və yeni investisiya imkanlarının regiona gətirilməsidir. Bundan əlavə, müxtəlif beynəlxalq aktorların layihədə iqtisadi maraqlarının olması dəhlizin uzunmüddətli və dayanıqlı fəaliyyətinə marağı artıra bilər. Azərbaycan baxımından isə ən mühüm məsələ layihənin gecikdirilmədən və müəyyən olunmuş qrafikə uyğun həyata keçirilməsidir. Xarici investisiyaların cəlb edilməsi müsbət haldır, lakin bu, Azərbaycanın öz strateji planlarını xarici maliyyədən asılı vəziyyətə salmamalıdır. Azərbaycanın zəruri infrastrukturu öz hesabına maliyyələşdirmək imkanının olması burada mühüm üstünlükdür. Digər tərəfdən, beynəlxalq investorların və müxtəlif dövlətlərin prosesdə iştirak etməsi layihənin təhlükəsizlik və dayanıqlıq aspektlərini də gücləndirə bilər. Çünki beynəlxalq investisiyanın həcmi artdıqca həmin dəhlizin təhlükəsiz, fasiləsiz və uzunmüddətli fəaliyyət göstərməsinə maraqlı tərəflərin sayı da artır. Bu baxımdan Zəngəzur dəhlizi gələcəkdə yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, daha geniş beynəlxalq iqtisadi əməkdaşlıq platforması kimi çıxış edə bilər.
- TRIPP-in reallaşması Ermənistan iqtisadiyyatına və bütövlükdə Cənubi Qafqazın iqtisadi əlaqələrinə necə təsir göstərəcək?
- TRIPP layihəsinin reallaşması Ermənistan üçün də ciddi iqtisadi imkanlar yaradır. Ermənistan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutunun formalaşması ölkənin regional tranzit sisteminə daha fəal şəkildə qoşulmasına şərait yaradacaq. Ermənistan tranzit daşımalarından gəlir əldə edə, öz məhsullarının xarici bazarlara çıxış imkanlarını genişləndirə və yeni investisiyalar cəlb edə bilər. Bu baxımdan TRIPP yalnız Azərbaycan və Naxçıvan üçün deyil, Ermənistanın özü üçün də iqtisadi baxımdan faydalı ola biləcək layihədir. Əsas məsələ ondan ibarətdir ki, regionda uzun illər mövcud olmuş nəqliyyat məhdudiyyətləri tədricən aradan qaldırılsın və iqtisadi əlaqələr bərpa olunsun. TRIPP-in daha geniş regional əhəmiyyəti də məhz burada ortaya çıxır. Layihə Cənubi Qafqazı Mərkəzi Asiya, Türkiyə, Avropa və Yaxın Şərq bazarları ilə daha sıx əlaqələndirə bilər. Gələcəkdə Fars körfəzi, İran, Azərbaycan, Ermənistan, Türkiyə və Qara dəniz istiqamətlərində formalaşan müxtəlif nəqliyyat xətlərinin bir-biri ilə əlaqələndirilməsi yeni ticarət imkanları yarada bilər. Bu isə Cənubi Qafqazın nəqliyyat xəritəsində yeni mərhələ deməkdir. Əgər əvvəlki dövrlərdə regionda nəqliyyat marşrutları daha çox siyasi ziddiyyətlər və qarşıdurmalar səbəbindən məhdudlaşdırılırdısa, yeni mərhələdə iqtisadi qarşılıqlı asılılıq təhlükəsizlik və sabitliyin mühüm amilinə çevrilə bilər. Ümumilikdə, TRIPP-i regionda sülh və əməkdaşlığa xidmət edə biləcək mühüm iqtisadi bağlantı layihələrindən biri kimi qiymətləndirmək olar. Çünki iqtisadi əlaqələrin genişlənməsi, tranzit imkanlarının artması və ölkələrin bir-birinin infrastrukturlarından və bazarlarından qarşılıqlı faydalanması regional sabitlik üçün əlavə stimul yaradır. Sonda qeyd edə bilərəm ki, Zəngəzur dəhlizi və TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni bərpa etməklə kifayətlənməyəcək. Bu layihələr düzgün və vaxtında həyata keçirildiyi təqdirdə Azərbaycanın Orta Dəhlizdəki mövqeyini gücləndirə, Naxçıvanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirə, enerji və rəqəmsal bağlantıları genişləndirə, yeni investisiyaların cəlb olunmasına şərait yarada və bütövlükdə Cənubi Qafqazın iqtisadi inteqrasiyasına yeni impuls verə bilər.
Afaq Mirayiq,
Musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-08-2026