Mobil versiya
Meşədə tapılan meyitlərlə bağlı cinayət işi başlandı
Tarix: 12-08-2026 | Saat: 14:27
Bölmə:Ölkə | çapa göndər

Meşədə tapılan meyitlərlə bağlı cinayət işi başlandı


Avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, ilkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 1997-ci il təvəllüdlü Mirzəyev Xəzər Vurğun oğlu və 2010-cu il təvəllüdlü Məmmədova Fidan Şahid qızı olması müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hazırda hadisənin bütün halları, eləcə də, şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılmaqla, müvafiq ekspertizalar təyin edilib, aidiyyəti dövlət qurumları, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2026