Zəngəzur dəhlizi açılır – Naxçıvanın yeni dövrü başlayır
Tarix: 12-08-2026 | Saat: 17:22
Bölmə:Ölkə | çapa göndər

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin açılacağını bildirib. Prezident qeyd edib ki, 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapıb. Prezident əlavə edib ki, TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilib:
“Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”.
Prezident İlham Əliyev həmçinin deyib ki, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin 17-ci Naxçıvan səfəri olduqca tarixi və mühüm əhəmiyyətə malikdir:
“Naxçıvan tarixi coğrafiya etibarilə olduqca strateji bir ərazimizdir. Naxçıvan eyni zamanda dövlətçilik ənənələrinin, dövlətçilik şüurunun və dövlətçilik tariximizin mühüm mərkəzlərindən biridir. Naxçıvan öz abidələri, görkəmli tarixi tikililəri ilə Azərbaycan mədəniyyətini zənginləşdirən bir coğrafiyadır. Məhz bu və digər mühüm əhəmiyyətinə görə Naxçıvan xüsusi imperialist siyasəti nəticəsində Azərbaycandan quru əlaqəsi kəsilməklə bir növ qoparılmışdı. Bu gün Azərbaycan Prezidentinin səfəri ilə bu boşluqlar doldurulur, yeni tarixi imkanlar yaranır ki, bu da Azərbaycanın əldə etdiyi tarixi zəfərlə bağlıdır”.
Deputatın sözlərinə görə, Naxçıvanın sırf nəqliyyat qovşağı kontekstində əvəzolunmaz bir coğrafiya kimi Azərbaycan Prezidenti tərəfindən qiymətləndirilməsi onunla bağlıdır ki, Naxçıvan İran vasitəsilə Azərbaycanın Şərqə açılan qapısıdır, Türkiyə vasitəsilə Azərbaycanın Qərbə açılan qapısıdır və Türkiyə ilə yeganə quru sərhədimiz olan ərazimizdir, Naxçıvan həm də Ermənistanla həmsərhəddir:
“Bütün bunlar isə Naxçıvanın özünün tarixi təbii qovşaq rolunun olduğunu göstərir. Həyata keçirilən layihələr, cənab Prezidentin ifadə etdiyi “Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir” fikri də həm Naxçıvanın tarixi coğrafiyasının şərtlərindən, həm də o cəhdləri bu gün Azərbaycan Prezidentinin yeni reallığa çevirməsi strategiyasından irəli gəlir. Ona görə də mən düşünürəm ki, əgər kiçik bir ərazidən Azərbaycanın dövlət başçısının ifadə etdiyi kimi, il ərzində 15 milyon ton yük daşımaq potensialı varsa, bu, mühüm mikroiqtisadi rayonlaşma, qovşaq deməkdir və Orta Dəhlizin mühüm seqmentinə çevrilmək deməkdir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-08-2026