Mobil versiya
3 min manatlıq aliment borcu ilə bağlı şikayətə Ədliyyə Nazirliyindən cavab
Tarix: 12-08-2026 | Saat: 13:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

3 min manatlıq aliment borcu ilə bağlı şikayətə

Sumqayıt sakini aliment borcunun ödənilməməsi və icra məmurunun, onun sözlərinə görə, məsələ ilə bağlı lazımi tədbirlər görməməsindən şikayətlənib.

aia.az-a müraciət edən vətəndaş bildirib ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Məmmədov Azad Fərhad oğlu ilə nikahı pozulub və birgə nikahdan olan 2 noyabr 2010-cu il təvəllüdlü qızı Məmmədli Leylanın onun yanında qalması müəyyən edilib.

Onun sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2016-cı il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün atasından hər ay 100 manat sabit pul məbləğində aliment tutulması və ona ödənilməsi qərara alınıb.

Şikayətçi iddia edir ki, qətnamə qüvvəyə mindikdən sonra aliment ödənişləri ilə bağlı ciddi problemlər yaranıb. Onun sözlərinə görə, hazırda borclunun təxminən 3 min manat aliment borcu var və həmin məbləğin ödənilməsindən yayınır.

Vətəndaş icra prosesinin hazırda Sumqayıt İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Məmmədovun icraatında olduğunu bildirib. İddiasına görə, icra məmuru tərəfindən borcun tutulması istiqamətində effektiv tədbirlər görülmür. Bu məsələ ilə bağlı 20 may 2026-cı il tarixində Ədliyyə Nazirliyinin “Qaynar xətti”nə də müraciət edib. Onun sözlərinə görə, qaynar xətt vasitəsilə icra məmuru ilə əlaqələndirilib və Samir Məmmədov 10 dəqiqə ərzində geri zəng edəcəyini bildirib. Lakin şikayətçinin iddiasına görə, bundan sonra da məsələ ilə bağlı nəticə olmayıb. İcra məmuruna dəfələrlə zəng etsə də, cavab ala bilməyib. Onun sözlərinə görə, aliment borcunun ödənilməməsi ilə bağlı borclu barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi üçün də müvafiq addımlar atılmayıb. Şikayətçi icra məmurunun ona “pulu olsa verər də” dediyini də iddia edib.

Müraciət edən şəxs Ədliyyə Nazirliyinə etdiyi şikayətin də nəticəsiz qaldığını bildirərək, aidiyyəti qurumlardan icra məmurunun fəaliyyəti ilə bağlı araşdırma aparılmasını, məhkəmə qətnaməsinin icrasının təmin edilməsini, yaranmış aliment borcunun tutulmasını və bundan sonra aliment ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət edilməsini xahiş edib.

Ədliyyə Nazirliyindən Aia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Şəhər Məhkəməsinin 04.05.2016-cı il tarixli icra sənədinə əsasən Azad Məmmədovdan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İradə Məmmədovaya (Şirməmmədova) ödənilməlidir.
 
Sumqayıt şəhəri üzrə icra idarəsində başlanılmış icraat zamanı aliment A.Məmmədov tərəfindən müntəzəm ödənilmədiyindən borclu barəsində məcburi icra tədbirləri görülüb.
 
İcra sənədi yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılmaqla tələbin icrası istiqamətində qanunamüvafiq tədbirlər davam etdirilir.

Aysel Elnur
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2026